adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
04 Oktyabr 2017 14:20
14466
DÜNYA

TÜRKİYƏ ONLARI BİZƏ VERƏCƏKMİ?!

Dörd türk vətəndaşısərhədlərimizi qanunsuz keçərək Xankəndinə gəlmiş, separatçı rejimin başqanı iləgörüşmüş, Qarabağı gəzmiş, yeyib-içib dərdləşmişlər və daha nə bilim hansı qələtlərieləmişlər. Ordan da gediblər İrəvana, cocuq qatili Sərkisyanla mırt vurublar, birsözlə, Dağlıq Qarabağda separatçı rejimə dəstək olublar. İçlərindən biri də millətvəkilidi.

Və Azərbaycanın hüquq-mühafizəorqanları da bu şəxslər haqqında Cinayət Məcəlləmizin müvafiq maddəsi ilə cinayət işi qaldırıb və İnterpolvasitəsilə axtarışa verib.

ABŞ dövlət çevrilişinəcəhddə ittiham olunan nə Fətullah Güləni, nə də onun imamlarını Türkiyənin dəfələrlə müraciət etməsinə baxmayaraq,Türkiyəyə verməyib. Eləcə də Almaniya qardaş Türkiyənin kürəyinə xəncər saplayannamərd FƏTÖ-çuları bəh-bəhlə saxlayır. Buda Türkiyə ilə həm ABŞ, həm də Almaniya arasında böyük gərginliyə səbəb olub.

İndi qardaş TürkiyəABŞ-ın və Almaniyanın yolu ilə gedib Azərbaycana qarşı cinayət törətmiş şəxsləriqoruyub saxlayacaq, yoxsa qollarını qandallayıb Azərbaycana verəcək?!

Cavabı çox çətinsualdı.