adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
23 Aprel 2024 19:37
858
İDMAN

Türkiyə millisinin üzvü Fransada yenə qarət olundu

Türkiyə millisinin və Fransanın “Lill” komandasının futbolçusu Yusif Yazıcı xoşagəlməz hadisə ilə üzləşib.

Adalet.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçinin Fransadakı evi qarət olunub. Hadisə o, ailəsi ilə birlikdə evdə olarkən baş verib. Bu barədə oyunçu şəxsi instaqram hesabında paylaşım edib.

Y. Yazıcı evin giriş qapısında səslər eşidib və dərhal polisə müraciət edib. Futbolçunun çağırışından sonra hadisə yerinə gələn hüquq-mühafizə orqanı əməkdaşları cinayətkarları həbs ediblər.

Qeyd edək ki, Yusif Yazıcı Fransada 3-cü dəfə bu cür halla üzləşib. Daha əvvəl onun avtomobili oğurlanıb