adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
01 Mart 2020 17:22
13100
DÜNYA

Türkiyə İdlibdə Suriya rejiminə məxsus iki qırıcı təyyarəni vurub

Türkiyə ordusu Suriya rejiminə məxsus iki "Su-24”qırıcı təyyarəsini məhv edib.

APA-nın Türkiyə bürosunun xəbərinə görə, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

Qırıcı təyyarələr Suriyanın İdlib vilayətində Türkiyə ordusunun mövqelərinə təhdid yaratdığı üçün vurulub. Eyni zamanda İdlibdə Türkiyəyə məxsus silahlı pilotsuz aparatı vuran iki hava hücumundan müdafiə sistemi də sıradan çıxarılıb.