adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
10 Aprel 2020 14:51
19649
DÜNYA

TÜRKİYƏ ERMƏNİSTANA YARDIM EDƏCƏK!

Qəzetələrdə oxudum ki, millətimizin ikinci dövləti Ermənistana məlum xəstəlikləbağlı yardım etmək fikrindədi. İndiPaşinyan qəbul edəcək-etməyəcək, dəqiq deyil.

Millətimizin ikinci dövlətinə bir xatırlatma .

Spitakda zəlzələ olanda bizim Vəzirovsayseçmə oğlanları yığıb doldurdubir təyyarəyə və göndərdi İrəvana. Ermənilər də təyyarəni vurdular, bir nəfərdən başqa hamısıhəlak oldu. Həmin vaxt bizim qəzetlərQarakənddə vurulan vertolyotun dumanadüşüb dağa dəydiyini yazan kimi, yazdılar ki, guyaİrəvana uçan həmintəyyarənin də dumana düşüb dağa dəydiyini yazdılar.

Yuqoslavlar da Ermənistanayardım üçün təyyarə göndərmişdilər , həmintəyyarə də İstanbuldan uçmuşdu. Ermənilər yuqoslavlarıntəyyarəsini Türkiyə təyyarəsihesab edib onu da vurmuşdular.

İndi ikinci dövlətimizə bunuona görə xatırlatdım ki, yardımı təyyarə ilə göndərməsinlər, Ermənistan vura bilər, tirlə göndərsinlər.

Seyran Səxavətin Qədir Rüstəmovla müsahibəsindəbelə bir yer var. Seyran Qədirdən soruşur ki, uşaqlara arvad tərəfinin adınıqoymusan?

Qədir:

- Niyə, özümünkülər qırılıbqurtarıb ki?

Bunu da Rey Kərimoğlu demiş, elə-belədedim ey.