adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
01 Sentyabr 2015 17:13
6845
ŞOU-BİZNES

Türkan Şoray xəstəxanalıq oldu

Türkfilminin canlı əfsanəsi Türkan Şoray film çəkilişi zamanı xəstələnib. Adalet.azTürkiyə mətbuatına istinadən xəbər verir ki, çoxdan bəri rejissorluğa yenidənbaşlamaq arzusunda olan Şoray nəhayət,70 yaşında bu arzusuna çatırdı ki, ona dayaşı və səhhəti imkan vermədi. Uzunmüddətli çəkiliş meydançalarında olan, əsəbiləşənTürkan Sultan xəstəxanalıq oldu. Amma yenə də rejissorluq kürsüsünü əldən verməkniyyətində deyil. Belə ki, aktrisa müalicədən sonra yenidən çəkilişəqayıdacaq, amma bu dəfə həkim heyəti ilə birlikdə. Çəkilişlər zamanı həkimləronun səhhətini nəzarətdə saxlayacaqlar.

TürkanŞoray 1945-ci ildə İstanbulda məmur ailəsində doğulub. Çərkəz əsilli gözəlYeşilcama 13 yaşında gəlib. Ümumilikdə, 220 filmə çəkilməklə dünya rekorduvurub. 1990-cı illərdən etibarən rejissorluq edib. 20 mükafat sahibidir.    


Şəfiqə ŞƏFA