adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
17 Aprel 2017 13:08
5471
SİYASƏT

TÜRK XALQI CÜMHURBAŞKANLIĞINI SEÇDİ

Əslində Türkiyə çoxdan bu sisteməkeçməli idi. Cümhuriyyətin 93 illik bir tarixində 61, ya 62 dəfə hökumət dəyişib. Bu 93-dən də 37 iliniçıxaq, onun 22 ilini Cümhuriyyət Xalq Partiyası tək partiya kimi iqtidarda olub, son 15 ildə dəƏdalət və Kalkınma Partiyası. Belə götürsək56 ildə 61, ya da 62 hökumətgəlib-gedib. Bəzən bir ildə iki dəfə hökumət dəyişib. Hər hökumətdəyişimi də həm iqtisadiyyata, həm də ölkənin xaricisiyasətinə müəyyən zərbələr vurur.2002-ci ildə Demokratik Sol Partiyası ilə Milliyyətçi Hərəkat Partiyasının koalisyon hökumətinin yaratdığı böhran da bunaən ciddi misallardan biridi.

Son zamanlar hökumətlərtez-tez dəyişərkən «Ədalət» qəzeti olaraq yazırdıq ki, Türkiyə bu problemlərdən yaxa qurtarmaq üçün cümhurbaşkanlığısisteminə, yəni bizim dillə desək, prezidentüsul-idarəsinə keçməlidi.

16 apreldə xalq sandıqbaşına getdi və 51,4 faizlə cümhurbaşkanlığına«evet» oyu verdi. Beləliklə, Türkiyə 2019-cu ildən yeni Ana Yasa ilə idarə olunacaq.

Qardaş Türk xalqınabaşarılar diləyirik. Və inanırıq ki, tezlikləTürkiyə bu siyasi böhrandan qüdrətli birdövlət kimi çıxacaq.

Tanrı Türkiyəni qorusun!