"Türk jurnalistlərin xərcini Paşinyan çəkib":18 min dolllar erməniləri "yandırdı"

Xəbər verdiyimiz kimi, martın 10-13-də Türkiyənin 10 media orqanını təmsil edən jurnalistlər İrəvana səfər etdilər. Hətta Nikol Paşinyan Türkiyə mətbuatına müsahibə verdiyi barədə bəyanat yaydı.
Əslində “NTV”, “CNN Türk”, “TRT World” “Hurriyet”, “Daily News”, “T24”, ”Anadolu”, “İhlas”, “Sözcü”, “Mediascope” kimi media qurumlarının əməkdaşlarının yer aldığı səfərin kim tərəfindən təşkil edilməsi maraqlı detallardan biri kimi erməniləri bərk narahat edirdi.
Adalet.az xəbər verir ki, ermənilər nəhayət gerçəyi bildilər. Beləki, 10 türk media nümayəndəsinin Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasına yardım etmək üçün təşkil edilən üç günlük media turuna nəqliyyat, yaşayış və yemək xərcləri daxil olub ki, bu da ümumilikdə 7 milyon 550,280 dram ( təxminən 18 min ABŞ dolları) edib.
.
Prezident Aparatının İctimaiyyətlə Əlaqələr və İnformasiya Mərkəzinin direktoru Qor Tsarukyan məlumat verib.Türkiyə mediasına və ya onların nümayəndələrinə heç bir qonorar, gündəlik pul və ya qonorar verilməyib.
Qeyd edək ki, ABŞ-da fəaliyyət göstərən “Kaliforniya kuryer” qəzetinin baş redaktoru Harut Sasunyan narazılıqları gördükdən sonra Paşinyanın türk jurnalistləri qəbul etməsini yanlış adlandırıb
Əntiqə Rəşid
Digər Xəbərlər

Hindistan və Pakistan arasında nüvə savaşı olsa... - ABŞ

Tramp Səudiyyə Ərəbistanında Putinlə görüşmək fikrində deyil

Tramp Ərdoğandan vasitəçi olmağı xahiş edib

İlk təbriki onlardan aldı

Tramp terrorçulardan daha təhlükəlidir

Zelenskidən Ukrayna xalqına MÜRACİƏT: Həyat həmişə geri qayıdır

Ərdoğan: PKK silahı yerə qoyub təşkilatı ləğv edəcək
jpg-1746698458.jpg)