Türk əsgəri çörəyini suriyalılarla bölüşür
Xidmət etdiyi bölgələrdə yüksək insani keyfiyyətləri ilə seçilən türk əsgəri "Sülh çeşməsi" əməliyyatının həyata keçirildiyi bölgədə də insanların qəlbində taxt qurub.
Adalet.az xəbər verir ki, Türk Silahlı Qüvvələri "Sülh çeşməsi" bölgəsindəki Tel Abyadda onlar üçün səyyar sobalarda bişirilən çörəyi təhlükəsizliyini təmin etdikləri yerli əhali ilə də bölüşür.
Müharibədən zərər görən insanlara humanitar yardımlar göstərməklə bütün dünyaya nümunə olacaq davranışlar nümayiş etdirən türk ordusu, "Sülh çeşməsi əməliyyatı iləterrordan təmizlənərək, dincliyin təmin olunduğu Tel Abyadda çörəklərini insanlarla bölüşməyə davam edir.
Əsgərlərin payladığı isti çörəklərə görə böyük sevinc hissi keçirən uşaqların türk əsgəri ilə hər görüşündə duyğulu anlar yaşanır.
Digər Xəbərlər
03 May 2024 22:37
Mişel ilə Kobaxidze arasında telefon danışığı olub: “Tarixi şansı qaçırmayın”
03 May 2024 22:32Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”
03 May 2024 21:34Zelenski hərbçilərə xəbərdarlıq etdi: Hazır olun!
03 May 2024 21:31Sudan prezidentinin oğlu Türkiyədə öldü
03 May 2024 21:29