Türiyədəki kütləvi zəhərlənmədən sonra Azərbaycanda içkilərə nəzarət gücləndirildi
Türkiyənin bir sıra şəhərlərində saxta spirtli içkilərdən kütləvi zəhərlənmə və ölüm hadisələri baş verib. Yayılan məlumatlarda bildirilir ki, Ankara şəhərində saxta spirtli içkidən həyatını itirənlərin sayı 59, müalicəsini davam etdirənlərin sayı isə 37 nəfərə çatıb. Baş verən hadisələrə əsas səbəb kimi sənayedə istifadə olunan və ölkədə daha ucuz və əlçatan hesab edilən metanoldan istifadə etməklə hazırlanan saxta spirtli içkilərin istehlakı göstərilir.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Adalet.az-a bildirilib ki, Azərbaycana Türkiyədən, eləcə də digər xarici ölkələrdən idxal edilən spirtli içkilər risk əsaslı nəzarət tədbirlərinə cəlb olunur, saxta spirtli içkilərin ölkəyə gətirilməsinin qarşısı qətiyyətlə alınır. Məhsullardan götürülən nümunələrin laborator müayinəsi uyğun olduğu təqdirdə həmin məhsulların idxalına icazə verilir.
Məlumat üçün bildirək ki, 2024-cü ildə Türkiyədən ümumilikdə 645 min 120 litr (23 min 700 litri rakı, 620 min 890 litri pivə, 530 litri şərab), 2025-ci il yanvarın 1-dən fevralın 17-dək 46 min 300 litr (5 min 150 litri rakı, 41 min 150 litri pivə) spirtli içki idxal olunub və həmin məhsullar təhlükəsizlik və keyfiyyət göstəricilərinə görə müvafiq müayinələrə cəlb edilib, istehlak üçün uyğun olduğu öz təsdiqini tapdıqdan sonra satış şəbəkələrinə çıxarılması üçün müvafiq icazələr verilib.
Agentlik bildirib ki, bu sahədə nəzarət və tənzimləmə tədbirləri davam etdirilir.
Digər Xəbərlər
11 Iyun 2026 11:54
Pensiyaçılarla bağlı ŞAD XƏBƏR
11 Iyun 2026 11:44
Hərbi xidmətdən yayınanları hansı cəzalar gözləyir?
10 Iyun 2026 19:11
“Ölkədə aptek şəbəkəsi digər ölkələrdəkindən 20 dəfə artıqdır...”
10 Iyun 2026 18:35
Bakı-Balakən-Bakı qatarının hərəkət cədvəli dəyişir
10 Iyun 2026 18:00
“AzerGold” QSC-də Kəlbəcərin Söyüdlü (Zod) qızıl yatağı layihəsinin icra vəziyyəti nəzərdən keçirilib
10 Iyun 2026 16:45
"Dünyada uşaqlara qarşı zorakılıq halları ciddi narahatlıq doğurur" - Baş prokuror
10 Iyun 2026 16:36
Əli Kərimli ilə bağlı - Vacib xəbər
10 Iyun 2026 16:06


Bakı -°C

