“AzTV” və “Mədəniyyət TV” “Özbəkistanın tarixi” telekanalı ilə əməkdaşlıq memorandumu imzalayıb
Azərbaycan Respublikasının “AzTV” və “Mədəniyyət TV” dövlət telekanalları ilə “Özbəkistanın tarixi” telekanalı arasında əməkdaşlıq memorandumu imzalanıb.
Adalet.az xəbər verir ki, bundan sonra Azərbaycan telekanallarında ölkəmizin tarixindən, ulu əcdadlarımızın fəaliyyətindən, zəngin milli mədəniyyətimizdən, ədəbiyyatımızdan və incəsənətimizdən bəhs edən televiziya verilişləri geniş nümayiş etdiriləcək.
Eyni zamanda, “Özbəkistan tarixi” telekanalında Azərbaycanın tarixinə və milli mədəniyyətinə dair videomateriallar, o cümlədən tarixi-bədii və xroniki sənədli filmlər geniş nümayiş etdiriləcək. Telekanal menecerlərinin Bakıda keçirilən yaradıcılıq görüşündə gələcəkdə əməkdaşlıq çərçivəsində bir sıra teleproqramların hazırlanması razılaşdırılıb.
Digər Xəbərlər
27 Sentyabr 2026 17:26
"44" bədii filminin növbəti tizeri yayımlanıb
23 Sentyabr 2026 23:37
Leyla Əliyeva milli geyimdə - FOTOLAR
23 Sentyabr 2026 09:47
“Sərgüzəşti- Vəziri-xani- Lənkəran” tamaşasının premyerası keçirilib
20 Sentyabr 2026 11:15


Bakı -°C

