TRIPP layihəsinin sürətləndirilməsi müzakirə edilib
Azərbaycan və Amerika Birləşmiş Ştatları (ABŞ) arasında TRIPP layihəsinin sürətləndirilməsi müzakirə edilib.
Adalet.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkəsində hesabında bildirib.
"ABŞ Nəqliyyat Departamenti katibinin köməkçisi Daniel Edvards ilə görüş keçirdik. Azərbaycanın regional nəqliyyat və logistika mərkəzi kimi strateji əhəmiyyəti, multimodal dəhlizlər və infrastruktur layihələri barədə ətraflı məlumat verdik. Eyni zamanda aviasiya və dəniz nəqliyyatı daxil olmaqla nəqliyyatın digər sahələrində və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə etdik",- deyə nazir qeyd edib.
R.Nəbiyev həmçinin Zəngəzur dəhlizinin açılması, Naxçıvan dəmir yolunun bərpası və modernləşdirilməsində ABŞ ilə əməkdaşlıq barədə fikir mübadiləsi aparıldığını əlavə edib.
Digər Xəbərlər
16 Sentyabr 2026 14:58
Hikmət Hacıyev: Azərbaycan və BƏƏ həmfikir, strateji tərəfdaşdır
16 Sentyabr 2026 13:35
“Erməni cəmiyyətini keçmişin səhvlərini təkrarlamamağa çağırırıq”
16 Sentyabr 2026 12:55
Hakan Fidan: "Türkiyə və Azərbaycan iki sabitlik adasıdır"
16 Sentyabr 2026 11:35
Prezident onları təltif etdi - SİYAHI
16 Sentyabr 2026 11:34
İlham Əliyev konfrans iştirakçılarına müraciət etdi
16 Sentyabr 2026 10:42
Zakir Həsənov Belarusun müdafiə naziri ilə görüşdü - VİDEO
16 Sentyabr 2026 10:18
“Türkiyənin təşkilatı gücləndirəcək təkliflər hazırladığını ehtimal etmək olar”
16 Sentyabr 2026 09:41


Bakı -°C

