adalet.az header logo
  • Bakı -°C
21 Yanvar 2026 09:46
96
DÜNYA
A- A+

Trampın təyyarəsində problem yarandı - Geri qayıdır - YENİLƏNİB

ABŞ Prezidenti Donald Trampın Dünya İqtisadi Forumunda iştirak üçün Davosa aparan təyyarə (Air Force One) texniki nasazlıq səbəbindən ABŞ-yə geri qayıtmağa məcbur olub.

Adalet.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

“Air Force One" təyyarəsi Endryus birləşdirilmiş hərbi bazasına eniş edib”,- deyə məlumatda qeyd olunub.

Ağ Evin mətbuat katibi Kerolayn Levitt sonradan bildirib ki, prezident təyyarəsinin göyərtəsində elektrik sistemi ilə bağlı kiçik problem yaranıb. Təyyarə dəyişdirildikdən sonra Amerika liderinin yenidən Davosa qayıdacağı qeyd olunur./Trend 

***

08:22

ABŞ Prezidenti Donald Tramp Dünya İqtisadi Forumunda iştirak etmək üçün Davosa gedəcəyini açıqlayıb.

Adalet.az-ın məlumatına görə, o, bu barədə "Truth Social"da sosial şəbəkəsində paylaşım edib.

Tramp paylaşımında "NewsNation" telekanalında jurnalist Keti Pavliçə yerli vaxtla saat 22:00-da müsahibə verəcəyini qeyd edib. O, həmçinin Amerikanın Dünya İqtisadi Forumunda yaxşı təmsil olunacağını vurğulayıb və ölkəni şəxsən təmsil edəcəyini əlavə edib.

"Davosa gedirəm! Saat 22:00-da "NewsNation"da Keti Pavliçlə müsahibə. Xoş seyirlər! Amerika Davosda mənim tərəfimdən yaxşı təmsil olunacaq. Allah hamınızı qorusun!", - paylaşımda bildirib.