adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
16 Aprel 2024 12:01
345
DÜNYA

Trampın köməkçisi arvadına oxşayır

ABŞ-da Respublikaçılar Partiyasının namizədi kimi noyabr seçkilərinə hazırlaşan Donald Trampın sağ əli seçilən 28 yaşlı Marqo Martin beynəlxalq ictimaiyyətinmövzusuna çevrilib...

Trampın həyat yoldaşı Melani Trampa bənzərliyi ilə diqqət çəkən Martin ötən gün Trampın rüşvət ittihamı ilə mühakimə olunduğu ABŞ-da görüntülənib. Trampın heyəti ilə məhkəmə zalına daxil olan Martin Trampı dəstəkləyib.

Sosial şəbəkələrdəki paylaşımları ilə tanınan və getdikcə məşhurlaşan Martin məhkəmə zalına qara kostyumda girərkən görüntülənib və onun saç düzümü diqqət çəkib. Bildirilib ki, Martin Trampın “kommunikasiyalar üzrə müşavir müavini” vəzifəsini icra edir.

İnstaqramda çoxlu izləyicisi olan Martin, keçən il ABŞ mediasını təəccübləndirdirmişdi. Ötən il Trampla bağlı başqa bir davada məhkəmə zalına gələn Martini Melani Trampla səhv salan Amerika mediası yalan xəbərlər verərək diqqət çəkmişdi.

Qeyd edək ki, Oklahomada anadan olan Martin Trampın ABŞ prezidentliyi dövründə Save America PAC adlanan təşkilatın Kommunikasiya Direktorunun müavini vəzifəsində çalışıb və e-poçt vasitəsilə təbliğat apararaq ölkə daxilində mitinqlərin təşkilinə töhfə verib. Martin Trampın səlahiyyət müddətinin son mətbuat konfransında sualları cavablandıraraq diqqət çəkib.  Ağ Evdən ayrıldıqdan sonra Trampın ən etibarlı simalarından birinə çevrilən Martin, son zamanlar Tramp ailəsi ilə tez-tez dəvətlərə və tədbirlərə qatılır.

Emin