Trampın keçmiş arvadı səfir olmaqdan imtina etdi
ABŞ prezidenti Donald Trampın keçmiş həyat yoldaşı, milliyyətcə çex olan İvana Tramp Birləşmiş Ştatların Çexiyadakı səfiri olmaqdan imtina edib.
Adalet.az TASS-a istinadən xəbər verir ki, keçmiş həyat yoldaşı ABŞ prezidenti seçildikdən sonra Çexiyada səfir postu uğrunda mübarizə aparan İvana Tramp Miloş Zemanın da dəstəyini qazanmışdı. Onun bu postdan imtinasına münasibət bildirən Çexiya Prezidenti Miloş Zeman İvana Trampın öz ölkəsinə münasibətdə hiss etməli olduğu məsuliyyətdən qorxaqcasına qaçdığını deyib.
Qeyd edək ki, Donald Tramp İvana Zelniçkova ilə 1977-ci ildə ailə həyatı qurmuşdu. 1992-ci ildə ayrıldıqları zaman onların üç uşağı var idi. Ağ evin hazırkı sahibinin amerikalı aktrisa Marla Meyplzlə evliliyi 1993-cü ildən 1999-cu ilədək sürüb. 2005-ci ildə isə milyarder ABŞ-a Sloveniyadan gəlmiş Melane ilə ailə həyatı qurub.
Digər Xəbərlər
03 May 2024 22:37
Mişel ilə Kobaxidze arasında telefon danışığı olub: “Tarixi şansı qaçırmayın”
03 May 2024 22:32Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”
03 May 2024 21:34Zelenski hərbçilərə xəbərdarlıq etdi: Hazır olun!
03 May 2024 21:31Sudan prezidentinin oğlu Türkiyədə öldü
03 May 2024 21:29