17 Iyun 2025 09:42
145
DÜNYA

Trampın çağırışından sonra, sakinlər Tehranı tərk edir

ABŞ prezidenti Donald Tramp Tehran sakinlərini dərhal şəhəri tərk etməyə çağırıb.

Adalet.az xəbər verir ki, bu barədə İran mətbuatı yazıb. 

Qeyd olunub ki, bu xəbərdarlıq İslam Respublikası ilə İsrail arasında artıq beşinci gündür davam edən müharibəni gücləndirir.

Tramp özünün "Truth Social" sosial media hesabında yazıb: İran nüvə silahı əldə etməməlidir. Mən bunu dəfələrlə demişəm! Hamı Tehranı dərhal boşaltmalıdır!

Xahiş edirəm, kimsə dəli Taker Karlsona izah etsin ki, İranın nüvə silahı olmamalıdır!"

Tehranın bu çıxışlarından sonra, Tehran vətəndaşları paytaxtı kütləvi şəkildə tərk edib. Bu da son günlərdə ən sıx tıxaca səbəb olub.