adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
13 Iyun 2017 14:15
5581
DÜNYA

TRAMPI PREZİDENTLİYİN KAYFIN ÇIXARMAĞA QOYMURLAR

Kişi bir «Kamaz» pul xərcləyib gəlib olub prezident ki, kef eləsin, qoymurlar. Gah Rusiyayabağlayırlar, gah çıxartdığı qərarları ştat məhkəmələri ləğv edir, FTB-nin sabiq direktorusenatın dinləmələrində onu yıxıb sürüyür, dıqqılı Qətərin əmiri onun dəvətini qəbuletmir, böyük şəhərlərin küçələrində əleyhinə yürüşlər keçirilir… birdi, ikidi…

İndi də daha ciddi bir ittihamirəli sürüblər: həm dövlət tədbirlərini öz otellərində keçirir, həm də xaricdən gələn dövlət qonaqlarını öz otellərində yerləşdirib para qazanır. Araşdırma aparılır,ABŞ-ın baş prokuroru deyib ki, bu faktlar təsdiqini taparsa, Tramp haqqında cinayətişi qaldıracaq.