Tramp və Putin Əsədin taleyini müzakirə edəcək
ABŞ prezidenti Donald Trampla rusiyalı həmkarı Vladimir Putinin görüşündə Suriya böhranı ilə əlaqədar hər bir məsələ müzakirə olunacaq.
Adalet.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov İordaniyalı həmkarı Ayman əs-Səfadi ilə görüşündə deyib.
"Suriyanın cənubundakı vəziyyətə gəldikdə, yəqin ki, Helsinkidə Suriya probleminin bütün aspektləri müzakirə ediləcək”, - deyə Lavrov bildirib. XİN rəhbəri əlavə edib ki, Moskva Vaşinqtonla əlaqələrə kölgə salan bütün məsələlər üzrə açıq danışıqlara ümid edir.
Xatırladaq ki, Trampla Putinin ilk təkbətək görüşü 16 iyulda Finlandiyanın paytaxtı Helsinkidə baş tutacaq. Danışıqların əsas mövzuları ABŞ-Rusiya münasibətlərinin hazırkı vəziyyəti və gələcək inkişafının perspektivləri, Rusiyanın ABŞ-dakı seçkilərə müdaxiləsi məsələsi, həmçinin beynəlxalq gündəliyin aktual məsələləri – Suriya və Ukraynadakı böhran olacaq.
Digər Xəbərlər
27 Aprel 2024 17:39
Azərbaycan hərbçiləri Türkiyədə beynəlxalq təlimdə iştirak edirlər
27 Aprel 2024 16:06Dəniz piyadaları və xüsusi təyinatlıların təlimindən - VİDEO
27 Aprel 2024 15:00İlham Əliyev bu şəxsləri təltif etdi - SİYAHI
27 Aprel 2024 14:48Prezidentdən iqtisadiyyat və maliyyə nazirlərləri ilə bağlı SƏRƏNCAM
27 Aprel 2024 13:27