adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
30 Noyabr 2017 15:41
11960
SİYASƏT

TRAMP TEREZA MEYİN TƏNQİDLƏRİNƏ CAVAB VERİB

ABŞ prezidenti DonaldTramp Böyük Britaniyanın baş naziri Tereza Meyin Britaniyanın ultrasağ milliyyətçipartiyasının lideri Ceyda Fransenin antimüsəlman videolarını paylaşdığına görə onun ünvanına Tvitterdəgöndərdiyi tənqidlərə cavab verib. Amerika lideri birinci növbədə baş nazirə ölkədaxilindəki problemlərin həlli ilə məşğul olmağı məsləhət görüb.

«Tereza Mey, fikrinizimənə yönəltməkdənsə Birləşmiş Krallıqdakı radikal islam terrorizmilə mübarizə etsənizyaxşı olar. Bizdə hər şey əladı» - deyə Tramp öz Tvitter səhifəsində yazıb.

KİV-lərin bildirdiyinə görə, maraqlı bir vəziyyət yaranıb.Bloomberqin məlumatına görə, Tramp əvvəlcə çaşaraq yazdıqlarını baş nazirin internet istifadəçisi olan adaşı Mey Skrayvmerə göndərib.Daha sonra səhvini düzəldərək Britaniya başnazirinin akkauntuna göndərib.

Bildirilir ki, Trampbu ərəfədə «müsəlman miqrant, əlil ağacı ilə gəzən hollandiyalı uşağı döyür», «müsəlman Deva Mariyanın büstünüdağıdır» və həmçinin «İslam mafiyası tineycerin damdan atır və onu ölənədək döyür»kimi videorolikləri paylaşıb.

Tereza Meyin nümayəndələriTrampın rəsmi akkauntundan bu cür antimüsəlman videoyazılaını paylaşmasınıpisləyiblər. «Bu prezident tərəfindən atılan düzgün addım deyil. Bu cür videolarınyayılması, cəmiyyətin parçalanmasına , xüsusilə də Britaniyaya yönəlmiş bir addımkimi qiymətləndirilməlidir»- deyə Meyin ofisindən bəyan edilib.

Vəziyyət həmçininBöyük Britaniyanın parlamentində də süzakirəyə çıxarılıb. Çuka Ummuna bu videolaragörə ABŞ prezidentinin bu ölkəyə rəsmi səfəriniləğv etməyə çağırıb.

Öz növbəsində Ağevin nümayəndəsi Sara Sanders jurnalistlərləgörüşü zamanı ABŞ prezidentini dəstəkləyərək bildirib ki, o, milli təhlükəsizlik maraqları baxımından hərəkətedib. «Bu videoların doğru olub-olmadığından asılı olaraq, təhlükə realdı. Ona görədə videoları paylaşmaqda məqsəd güclü sərhəd və milli təhlükəsizlik məsələlərininönə çıxarılmasıdı».

ABŞ prezidentinidəfələrlə anti islam siyasəti aparmaqda günahlandırıblar. Belə ki,Tramp iki diqqətçəkən sərəncam imzalayıb. Hələ yanvar ayında verilən birinci qəraragörə, o cümlədən İraqdan, İrandan, Yəməndən, Livandan, Suriyadan, Somalidən və Sudandanolan qaçqınların bu ölkəyə girişinə müvəqqəti qadağa qoymuşdu. Lakin bu qərarınicrası məhkəmə tərəfindən dayandırılmışdı. İkinci sərəncama görə isə yenədə İraqdan başqa qalan dövlətlərin vətəndaşlarının ölkəyə girişinə yalnız 90 günmüddətinə icazə verilirdi. On gün sonra Amerikanın Havay ştatının hakimi BerlikUotson bütün ölkə ərazisində Trampın sərəncamının icrasının dayandırılması barədəqərar qəbul edib.


Rüstəm HACIYEV