adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
03 Dekabr 2018 17:13
13307
DÜNYA

Tramp Pakistandan kömək istədi

ABŞ Prezidenti Donald Tramp Pakistanın Baş naziri İmran Xana məktub ünvanlayıb.

Adalet.az xarici mətbuuata istinadən xəbər verir ki, məktubda D.Tramp Əfqanıstan münaqişəsinin həllində İslamabadın kömək etməsini xahiş edib.

ABŞ Prezidenti bildirib ki, Pakistan "Taliban” radikal hərəkatının rəhbərliyini sülh danışıqlarına qoşulmağa razı sala bilər.

İ.Xan bildirib ki, onun ölkəsi Əfqanıstanda sülhün bərqərar olması üçün əlindən gələni edəcək.