Tramp özünü bu ölkənin prezidenti elan etdi - FOTO
ABŞ prezidenti Donald Tramp Venesuelanın müvəqqəti prezidenti olduğunu bildirən foto paylaşıb.
Adalet.az xəbər verir ki, sözügedən görüntü "Truth Social" sosial şəbəkəsində yayımlanıb.
Belə ki, Trampın Vikipediyadan götürülmüş ekran görüntüsü qısa zamanda diqqət çəkib. Fotoda Trampın Latın Amerikası respublikasının müvəqqəti prezidentinin "andiçmə mərasimini" 2026-cı ilin yanvar ayında keçirdiyi bildirilir.
Xatırladaq ki, yanvarın 3-də ABŞ ordusu Venesueladakı hərbi obyektlərə hava hücumu və xüsusi təyinatlı qüvvələrdən ibarət ordusu ilə quru əməliyyatı keçirib. Nəticədə Venesuela prezidenti Nikolas Maduro və həyat yoldaşı Siliya Flores həbs edilib. Onlar ABŞ-yə aparılıb və Maduro narkoterrorizm və kokain qaçaqmalçılığı ittihamları ilə mühakimə olunmaqdadır.
Digər Xəbərlər
12 Yanvar 2026 11:08
İranda etirazçılar silahla belə vurulur - VİDEO
12 Yanvar 2026 10:42
“Böyük ehtimalla bu, rejimin öz adamları tərəfindən törədilən təxribatdır”
12 Yanvar 2026 10:38
Türkiyədə daha bir FETÖ əməliyyatı - 81 nəfər saxlanıldı
12 Yanvar 2026 10:28


Bakı -°C

