Tramp: Maduro ilə müzakirələrimiz ola bilər
Ağ Evin rəhbəri Donald Tramp Venesuela rəhbərliyinin ABŞ-la danışıqlara ümid etdiyini iddia edib.
Adalet.az xəbər verir ki, o, bunu Floridadan Vaşinqtona yola düşməzdən əvvəl jurnalistlərə açıqlamasında deyib.
"Bizim müzakirələrimiz ola bilər. Venesuela prezidenti Nikolas Maduro ilə müzakirələrimiz ola bilər. Bunun hara getdiyini görəcəyik", - Tramp bildirib.
Trampa həmçinin onun administrasiyasının Venesuela ilə bağlı mümkün hərəkətləri ABŞ Konqresi ilə koordinasiya edib-etmədiyini soruşublar: "Biz Konqresin də iştirakını istərdik. Əslində onlardan icazə almağa ehtiyacımız yoxdur, amma məncə, onlara məlumat verilsəydi, yaxşı olardı", o əlavə edib.
Maduro dəfələrlə xəbərdarlıq edib ki, ölkəsi son 100 ildə ABŞ-ın ən ciddi işğalı təhlükəsi ilə üz-üzədir. Vaşinqton Venesuela hakimiyyətini narkotik qaçaqmalçılığı ilə kifayət qədər mübarizə aparmamaqda ittiham edir.
ABŞ Hərbi Dəniz Qüvvələri Karib dənizinə səkkiz gəmi, bir nüvə sualtı qayığı və 16 mindən çox şəxsi heyət yerləşdirib və sentyabr ayından bəri Venesueladan narkotik qaçaqmalçılığı ilə bağlı beynəlxalq sularda ən azı 20 sürətli qayığı və 76 nəfəri zərərsizləşdirib.
Digər Xəbərlər
17 Noyabr 2025 09:48
Türkiyədə toyda 100 nəfər qidadan zəhərləndi
17 Noyabr 2025 09:00
Rusiya Xarkova zərbələr endirib, 3 nəfər ölüb
17 Noyabr 2025 08:20
Əraqçı: İran uranın zənginləşdirilməsini dayandırıb
17 Noyabr 2025 08:18
Orban: Rusiya Aİ-yə hücum etməyəcək
17 Noyabr 2025 07:57
Dünyanın ən böyük hərbi gəmisi Venesuela istiqamətində hərəkətə keçdi
17 Noyabr 2025 07:46
İsrail ilə İran arasında təkrar münaqişə riski var
17 Noyabr 2025 07:44
Çexiyada beşinci böyük quş qripi epidemiyası qeydə alınıb
16 Noyabr 2025 18:45


Bakı -°C

