Tramp İranla Hörmüz boğazı üzrə razılaşma əldə olunduğunu bildirib
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqton və Tehran avqustun 3-də danışıqlar aparacaq.
Adalet.az xəbər verir ki, bu barədə Amerika lideri Vaşinqtona yollanarkən öz təyyarəsinin göyərtəsində jurnalistlərə məlumat verib.
Trampın sözlərinə görə, danışıqlar günün ikinci yarısında başlayacaq. O, dialoqun gələcək eskalasiyanın qarşısını almağa imkan verəcəyinə ümid etdiyini bildirib.
"Biz onlarla danışıqlar formatında dialoq aparacağıq. Onlar sabah günorta başlayacaq. Mən bunun belə olmasını istərdim. Bu, bir çox insanın həyatını xilas edəcək və gələcək gərginliyin qarşısını almağa imkan verəcək", - ABŞ Prezidenti söyləyib.
O həmçinin iddia edib ki, Vaşinqton və Tehran Hörmüz boğazında gəmiçilik məsələlərinə dair artıq razılıq əldə edib. Onun sözlərinə görə, növbəti mərhələ İranın nüvə proqramı və İslam Respublikasının nüvəsizləşdirmə üzrə sazişin imzalanması olmalıdır.
"Hörmüz boğazı üzrə razılaşma var, daha sonra isə nüvə proqramı və ya mənim adlandırdığım kimi, İranın nüvəsizləşdirilməsi üzrə razılaşma olacaq", - Amerika lideri yekunlaşdırıb.
Digər Xəbərlər
03 Avqust 2026 09:48
Bələdiyyə sədri olan tanınmış aktyor həbs edildi
03 Avqust 2026 09:40
İspaniya Mərakeş sərhədinə dənizdə baryer qurdu
03 Avqust 2026 09:31
Misirdə 5,3 ballıq zəlzələ
03 Avqust 2026 09:22
ABŞ və İran bu gün danışıqlara başlayacaq - Tramp açıqladı
03 Avqust 2026 09:11
Küçələrə xüsusi boya çəkildi: Temperatur 10 dərəcə düşdü
02 Avqust 2026 18:50
Son 3 ildə Qəzzada ölənlərin sayı açıqlandı
02 Avqust 2026 18:49
"Ümid edirəm, niyə Bakıda doğulduğumu soruşmayacaqlar" - Erməni deputat
02 Avqust 2026 18:41


Bakı -°C

