adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
21 Iyun 2018 12:32
17124
DÜNYA

Tramp gələn ay Putinlə görüşəcək

ABŞ prezidenti Donald Trampın iyulda Rusiya prezidenti Vladimir Putinlə görüşəcəyi ehtimal olunur.

Adalet.az xəbər verir ki, bu barədə "Vaşinqton Post” qəzeti ABŞ Adminstrasiyasının yüksək rütbəli şəxsləri və iki ölkənin diplomatlarına əsasən məlumat yayıb.

Məlumatda bildirilir ki, Trampın gələn ay Putinlə Avropada NATO Sammiti çərçivəsində görüşəcəyi gözlənilir.

NATO Sammiti 11-12 iyulda Brüsseldə keçiriləcək.