adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
23 May 2020 12:00
119858
MÜSAHİBƏ

“Toyumda Elçibəylə "Süleymani" oynadım” - MÜSAHİBƏ

Həmsöhbətimiz şairEhtiram İlhamdır.

-50 yaşı keçmisiniz.Yaşınızı bilməsəm xarakterinizə görə bundan 20 yaş cavan olduğunuzu düşünərdim.

-Qıraqdan elə görünə bilər. Bunu mənə deyənlər azolmayıb. Amma 20 yaş yox da, dərdiş. Deməli, bu günlərdə bizim orta məktəbibitirməyimizin 35 ili tamam olur. Düz 12 il qabaq biz - sinif yoldaşları orta məktəbibitirdiyimiz gündə -mayın 25-də Puşkin məktəbinə yığışdıq. Orda orta məktəbibitirəndən bəri görüşmədiyimiz uşaqlar da var idi. Və sinif yoldaşım (əsasən)qızların dediyi sözlər hələ də qulaqlarımda əks-səda verir:- Sən burdan gedəndədə elə beləcəydin... Sadəlövh, təmiz, çılğın...Bir az da üsyankar. Çox obyektivqiymət verilmişdilər uşaqlıqdan bir yerdə böyüdükləri sinif yoldaşlarına. Həm dəböyük qiymət idi. O qədər ki, az qalırdım inanım buna. Amma ən əsası bilirsənminədir, Emin Piri, mənim ömür yolumu müəyyənləşdirən, taleyimə yön verən böyükkişilər- yaşda məndən xeyli böyük olan məsləkdaşlarım və arkadaşlarım məni özləriyləhəmyaş biliblər. Misallar da çəkə bilərəm, Məmməd Ismayıl, Qara Tofiq, Vurğun Əyyub,Akif Səməd, Allahyar Əyyubov, Arzu Nağıyev kimi millətinə şərəf gətirən kişilər...Ruhu şad olsun, Akif Səmədin, necə deyirdi:"Qoca baba, çox qocayam, yaşımabaxma "

Yeri gəlmişkən, onu da qeyd edim ki, Tovuzdatəhsil aldığım A.S.Puşkin adına orta məktəb 1899-cu ildə böyük messenant, HacıZeynalabdin Tağıyevin birbaşa maddi və hüquqi dəstəyilə böyük rus şairinin doğumunun100 illiyi şərəfinə açılıb. Elə bilirsiz, ruhu şad olmuş Hacı Zeynalabdinin hələo zamanlarda nə boyda nəhəng iş gördüyünün mahiyyətinin – 21-ci əsrin 20-ciiçində fərqinə varan çoxdumu ki... O ki, qaldı 50 yaş məsələsinə...Bu yaşınkompleksi hamıya Səməd Vurğundan keçib. Ay başına dönüm, adam da 50 yaşda bu qədərqocalarmı heç? Görünür hamı gözünü açıb 50 yaşlı adamı Səməd Vurğun kimi təsəvvüretdiyindən mənə də bu yaşı vermirlər.


Vəzifəm onun dostu olmaqdır


-Sizi çox vaxt Poeziya Evində görürəm. Adama elə gəlirki, orada hansısa məsul vəzifəniz var.

-Deməli, bizim topluma ilk dəfə ŞAİR XALQadını kim verib, bilirsənmi? Nikolay Tixonov adlı məşhur rus sovet şairi olub.Sovet dönəminin ən yüksək mükafatı olan Sosialist Əməyi Qəhrəmanı adına layiqgörülən ilk qələm adamlarından birincisi olub, səhv etmirəmsə. Tixonov həm dəAzərbaycanın xalq şairi adını daşıyıb. Bu ifadəni ilk dəfə 1963-cü il sovetlərdəməşhur olan "Znamya" jurnalının 9-cu sayında böyük Səməd Vurğunhaqqında yazısında N. Tixonov işlədib. O vaxtdan bəri kimə nə cür sərf edirsə,bu ifadədən elə də istifadə edib. Amma bu boyda fikir hər adama deyilməz. Həm dəhər toplum haqda da belə yüksək düşünülməz. Sözüm onda deyil. Demək istəyirəmki, təkcə bizim ölkəmizdə yox, bəlkə də dünyada fəaliyyət göstərən ən zövqlüPoeziya Evi bizdədi. Özgə harda olasıydı ki... Nə xoş halımıza ki, bu PoeziyaEvi dünyanın ən yaxşı şairlərindən biri olan Əli Kərimin adını daşıyır. Və nəyaxşı ki, böyük söz , şeir adına həmin məkanın rəhbəri çox dəyərli Ibrahimİlyaslıdır. Sualına cavab olaraq deyim ki, mənim orada vəzifəm xeyli böyükdü -mən Ibrahim Ilyaslının dostuyam! Görürsənmi, biz də söhbətimizi bu evdə edirik.


Çılğın olmamaq mümkündeyil


-Çox çılğınsınız. Hətta bəzi dostlarınız, şairlərəgörə dalaşa biləcəyiniz təəssüratı yaranır adamda.

-Bu zamanda çılğın olmamaq mümkünmü,qadan alım. İstedadı olan adamların haqqı əlindən alınırkən, nadanlar ölkə boyuat çapdırırkən, halal adamlar vicdanına sığınıb da balalarının boynuna utana-utana sarılırkən sakit dayanmaq eləmi asandır?... Başqalarını bilmirəm, şairolan kəs...Susursa ...Məmməd Araz yalandan , "nə yatmısan, qoca vulkan, səninləyəm"...demirdi ki?

-Məsələn, Məmməd İlqar haqqında yazıya görə yaman əsəbləşmişdiniz.

-Başına dönüm sənin, Emin Piri, adam bə həm də kimdən ötrü sinəsiniqabağa verər? Dost üçün sinə qabarmırsa, göz yaşarmırsa, ürək sevinmirsə, əllərinyumruqlanmırsa... Deməli, yazdığın da, dediyin də ən yaxşı halda kağızdaqalacaq. Çünki dost adına edəcəyin nə varsa, həm də öz adınadı. O ki, qaldı, MəmmədIlqarın adına sizə deyim, o, bu gün bizim yaşayan ən işıqlı şairlərimizdənbiridir. Onun yazdıqları böyük sözün, böyük şeirin adınadı. Həmişə də yaşayacaq.Amma axı, ustad Məmməd İlqar artıq 8 ildir ki, keçirdiyi beyin insultundanyana, yazdığı şeirlərindən başqa az qala bütün yaddaşını itirib. 5-10 vicdanlısöz adamının onun haqqında mətbuatda və sosial şəbəkələrdə yazdığı 5-10 kəlməxoş söz niyə adamların içinin qurdunu tərpədir, o mənə çatmır?

Həm də utanmaz- utanmaz o adamlar deyir ki, bütün yazdıqları, MəmmədIlqarın məşhur təcnisindəki "Gözüm gözmü görüb gözündən gözəl." -misrası boyda deyil.

-Saz isə tam başqa məsələdir. Onu özünüzdən də çoxsevirsiniz.

-Hə, söz ki, saza gəldi... Bu, çox ciddi söhbətdir ey, qadası. Sazınbizim ruhumuzdakı, sözümüzdəki və ən əsası, tariximizdəki yeri tamam ayrıdı. Yəniçox yuxarı başdadı. Bizim ən böyük dastan qəhrəmanlarımız kimdir? -Dədə Qorqud.Adam dünya türkünün ən böyük ozanıdı. Düzdürmü? Bizim ən böyük dastan qəhrəmanımızKoroğlu özü həm də bir aşıqdı. Eləmi? Ən böyük sevgi dastanlarımızın qəhrəmanlarıkimlərdir? Aşıq Abbas Tufarqanlı, Yəhya bəy Dilqəm. Bunlar xalq ruhunun tərcümanı və tarixiyaddaşıdı, öz yerində. Saz axı həm də bir Qara Sevda kimidir. Gör nə boydakişilər , nə boyda könül yiyələri bu Qara Sazın başına dolanıb, onun yesirinəçevriliblər. Sazdan ağzı köpüklənə-köpüklənə danışan, onu böyük materiya kimi təsviredən adamlara həmişə təəccüblənmişəm. Onlara heç siz də inanmaya bilərsiniz.Necə ki, mən bağlamışam, qoy kim istəyirsə, duymağı, havalanmağı bacaran adamsaza bir könül işi kimi baxsın...torpaq kimi, söz kimi, sevgi kimi, söz kimi,dost kimi.


Eybi yox, saz bir alətolsun...


-Sizcəçox abartı olmur? Sonunda saz da bir alətdir. Insan ruhunu dincəldən bir əşya. Insandan üstün ola bilməzki...

-Yox, qətiyyən...Heç bir abartı-filan yoxdu burda. Hələ bəlkə fikrimiifadə etməyə xəsislik edirəm. Qoy, sən dediyin kimi, saz bir alət olsun. Amma axıhər kəs mahiyyəti ilə mövcudiyyatını ortaya qoyur, eyni zamanda hər şey yenə mahiyyətindəehtiva olunur. Canım-gözüm Emin Piri, gəl çox dərinə getməyək... Kim hara qədərgedə bilirsə, kim nəyi nə boyda bilirsə, və ən əsası kimin ürəyi nə boydadırsa,sevdiyi də o qədərdi. Vəssalam.

-Zarafatyana olsa da ədəbi mühitdə deyirlər,tovuz-qazaxlılar adətən bir yerdə olur.Amma tovuzlular bir yerə yığıldısa qazaxlıları da qəbul etmir...

- Vallah, bu məsələ belədir ki, istənilən kəs öz tanıdığı, bildiyi,necə deyərlər, "quşu qonduğu " adamla oturub durar. Yazı-pozuadamlarında isə bu hiss az qala tələbat halına çatır. Çünki belə adamların səmimimünasibəti, dostluğu həm də bir mənəviyyat məsələsidir. Özümə gəldikdə isə məndəbu kompleks yoxdu. Kimdə səmimiyyət, halallıq və istedad görürəmsə, ona sarıcan atıram. Bu cür münasibətlərdə vacib olan bir məqam da yaxşı"kampanyon" olmağı bacarmaqdı. Ümumiyətlə, deyim ki, hal əhli olmaqçox gözəl xüsusiyyətdir, şadam ki, mənim belə dostlarım çoxdu. Və bunlarla yolgetmək, dərd bölmək, sevinc paylaşmaq, məclis qurmaq, piyalə qaldırmaq ayrı aləmdi.O ki, qaldı tovuzluların qazaxlılarla hərdən yığılmasına, bəli, biz saza qulaqasmağa, şeir eşitməyə, yeyib içməyə bir yerdə ola bilirik. Deyim ki, belə məclislərdəmübahisə, zarafat, və tərif dolu xoş anlar yaşanır. Amma etiraf edim ki, bu cürgözəl məclislərdə tək bircə adamla yollaşmıram ki, bu da uşaqlıqdan rayondaqonşum olmuş, 40 illik dostum, arkadaşım və böyük istedad sahibi Elxan ZalQaraxanlıdı.

-Elçibəy də sizinçün iki-üç müqəddəs amildən biridirbildiyim qədər.

- Hər bir millətin tarixində müstəsna şəxsiyyətlər olur ki, onlar mənsubolduqları toplum üçün ideologiya ortaya qoyurlar. Əbülfəz Elçibəyin ölkəsi vətürk milləti qarşısında böyük tarixi xidmətləri olub. Onun ən böyük işlərindənbiri də heç şübhəsiz ki, Bütöv Azərbaycan yolunda çabaları və bu ideyanınsiyasi masaya yatırıb, insanların şüuruna və düşüncəsinə yeritməsi oldu. Bubaxımdan Elçibəyin bütövlük ideyası Azərbaycan birləşənə qədər ən böyüktutalğacımız və hədəfimiz olacaq. Millətimizin o ali, müqəddəs arzusu bir günmütləq həyata keçəcək. Və yenə əllərdə onun portretləri, dillərdə, könüllərdəonun adı olacaq. Elçibəyi həyatda görmək,onun yolunda getmək şərəfinə nail olanlardan biri də nə xoş halıma ki, mənolmuşam. Bircə onu deyim ki, həyatımın ən bəxtiyar məqamlarından biri Elçibəyinmənim toyunda iştirak etməsi olub. Çox şanslı olmuşam ki, bəyin xeyir-duasına bələnib,onunla bir yerdə qol qaldırıb "Süleymanı”oynamışam.


Şair millətçiolmalıdır


-Millətçivə şair. Bunları bir yerdə tutmaq mümkündür? Yoxsa hər birinin ayrılıqda özyeri, balanslaşdırılması var?Hətta övalıdınıza da səhv etmirəm hun xaqanlarınınadınızı qoymusunuz.

- Millətçi və şair. Bilirsənnecədir, dərdiş, bəlkə də başqa sənət sahiblərindən millətçilik tələb etməkdoğru deyil. Amma məhz şair millətçi olmalıdır. Millətinin dərdini ohayqırmalıdır. Haqsızlığa qarşı səsini o qaldırmalıdır. Nədən yazırsa-yazsın, qələməaldığı hər şey millətinə ünvanlamalıdır. Onun dilinə, təbiətinə, ağrısına,sevincinə, şəxsiyyətinə, və ən adi insanına. Bu, həm də şairliyin bir missiyasıdır.Təbii ki, dünyagörüşlər, yanaşmalar, zövqlər tam fərqli ola bilər, amma sonamacında millətə xidmət görəvi əsas tutulmalıdır. Mən bu düşüncəni bölüşürəm.Bu amalla yaşayıram. Axıradək də mütləq belə olaraq. Elə oğlum Atilayın da beləolmasını istəyirəm.

-Müasir Azərbaycan ədəbiyyatısizin gözünüzdən necə görünür?

- Tarix boyu olduğu kimi, bu gün də Azərbaycan ədəbiyyatınınağırlığını çiyinlərində daşıyan istedadlı, görkəmli qələm adamları, nə yaxşıki, var, və onların sayı yetərincədir. Musa Yaqub, Məmməd Ismayıl, Ramiz Rövşən,Sabir Rüstəmxanlı kimi ustad şairlərin varlığı tək ədəbiyyatın yox, bütün millətimizinqazancıdır. Bu ənənə daha inamla davam edir, Ayaz Arabaçı, Ramiz Qusarçaylı,Elman Tovuz, Xaqani Qayıblı, Əyyub Qiyas kimi parlaq istedadların yazdıqlarıkönlümüzü oxşayır. Bu adamlar az qala, qələmə aldıqları hər şeirləri adamı heyrətləndirəbilirlər. Onu da deyim ki, bu günlərdə Elnur Astanbəylidən oxuduğum 3 şeir bütüniçimi sökdü.


Söhbətləşdi: EminPiri