Toy günü qoşulub qaçan gəlinlə bağlı yeni XƏBƏR
Salyan rayonunun Qaraçala qəsəbəsində toy günü başqasına qoşulub qaçan gəlinlə bağlı bəzi təfərrüat məlum olub.
Adalet.az xəbər verir ki, Qaraçala kənd sakinlərinin AzNews.az-a verdiyi məlumata görə, gəlin toydan bir gün əvvəl sevdiyi oğlanla qoşulub qaçıb:
"Onlar valideynlərin təkidi ilə nişanlanıb. Aralarında sevgi olmayıb. Amma hər ikisinin sevdiyi olub. Sadəcə valideynlər öz aralarında razılığa gəldiyindən gənclər buna qarşı çıxa bilməyib. Toya bir gün qalmış qız öz istədiyi ilə qoşulub qaçıb. Oğlan da gedib öz sevdiyi qızı götürüb gəlib. Deyiblər ki, sevmədiyinlə yaşayıb əzab çəkməkdənsə, toya bir gün qalmış qoşulub sevdiyinə getmək yaxşıdır. Hər iki tərəf bu evlilikdən razı qalıblar”.
Digər Xəbərlər
01 May 2024 09:46
Bu ərazidə mənzillər kütləvi şəkildə satışa çıxarılır - VİDEO
01 May 2024 09:27Bu gündən Azərbaycanda balıq ovu qadağan edilir
30 Aprel 2024 12:44Şimşək çaxacaq, dolu düşəcək... - Mayın ilk gününün HAVASI
30 Aprel 2024 12:15Havanı çirkləndirən şadlıq saraylarının SİYAHISI
29 Aprel 2024 15:48