Tovuzda bıçaqlanma
Tovuz rayonunda bıçaqlanma hadisəsi olub.
Tovuz şəhər sakini, 1973-cü il təvəllüdlü İlqar Tağıyev qarının və döş qəfəsinin kəsilmiş yarası xəsarəti ilə Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib. Vəziyyətinin normal olduğu bildirilir. İlkin məlumata görə, İ. Tağıyev tanışı tərəfindən mübahisə zəmində bıçaqlanıb.
Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.
Digər Xəbərlər
02 May 2024 17:40