Tovuz sakini döyülərək öldürüldü -RƏSMİ + YENİLƏNİB

Tovuzda həmkəndlisini qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub.
Bu barədə Adalet.az-a Tovuz rayon Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, sentyabrın 18-də Tovuz rayon sakini Elxan Məmmədovun üzərində xəsarətlər olan meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Prokurorluq əməkdaşları tərəfindən həyata keçirilən intensiv istintaq tədbirləri nəticəsində Yaşar Qasımovun sentyabrın 16-da aralarında yaranmış mübahisə zamanı həmkəndlisi Elxan Məmmədovu qəsdən öldürməsi və sonuncunun meyitini çayın sahilinə atmasına əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Tovuz rayon prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.
Y.Qasımov prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.
Hazırda istintaq davam edir.
*** 00:58
Sentyabrın 18-də Tovuz rayonunun Əyyublu kəndində 1961-ci il təvəllüdlü Elxan Kərim oğlu Məmmədovun meyiti tapılıb.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan Adalet.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla onun kənd sakini, əvvəllər məhkum olunmuş, 1975-ci il təvəllüdlü Yaşar Musa oğlu Qasımov tərəfindən döyülərək qəsdən öldürüldüyü müəyyən edilib.
Şübhəli şəxs Y.Qasımov saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Digər Xəbərlər

İrandan Azərbaycana 13 kq narkotik vasitənin keçirilməsinin qarşısı alınıb

Polisdən əməliyyat - Bir ailənin 4 üzvü saxlanıldı - VİDEO

Polisin saxladığı narkokuryerlərdən 6 kq marixuana aşkarlandı - VİDEO

Zərdabda kriminal həyat tərzinin təbliği ilə məşğul olan şəxs saxlanıldı

BAKIDA ƏMƏLİYYAT: Onlayn qumar təşkil edən şəbəkə üzvləri saxlanıldı - VİDEO

Son beş ildə aşkarlanan narkotik vasitələrin sayı açıqlandı

Daşkəsəndə polis çətin relyef şəraitində əməliyyat keçirdi - VİDEO
