adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
20 Iyun 2020 11:49
20681
MƏMLƏKƏT

Torpaq yolla rayonlara getmək istəyənlər xüsusi texniki vasitələrlə cərimələnəcək - RƏSMİ

Rayon istiqamətinə torpaq yolla keçmək istəyən şəxslər xüsusi texniki vasitələrıə cərimələnəcək.

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.

Onun sözlərinə görə, həmin avtomobillər karantin postları istiqamətində olan yollarda quraşdırılacaq, karantin postlarında həmin avtomobillər qeydə alınmasa dərhal qeydə alınıb cərimələnəcəklər. Ona görə də torpaq yollarla karantin postundan yayınmağa cəhd etməsinlər.