adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
30 Iyul 2018 17:59
8105
MƏMLƏKƏT

“Tolerantlığın yaşadılması birlik və bərabərliyin zəmanətidir”

"Yeni Üfüq Mənəvi İrsin Təbliği İctimai Birliyi" ölkə boyunca "Mənəvidəyərlərin təbliği: necə və nə etməli?" adlı silsilə tədbirlərə start verib. Birlikdən verilən məlumata görə, ilk tədbirZaqatala rayonunda İslam Universitetində keçirilib. Tədbirdə çıxış edən "Yeni ÜfüqMənəvi

İrsin Təbliği İctimai Birliyinin" sədri Sevinc Əzimbəyli bildirib ki, təşkilatın həyata keçirdiyi silsilə tədbirlərin əsas məqsədi ölkə vətəndaşlarına, xüsusilə gənclərimizə milli vətənpərvərlik ruhunun

aşılanmasını, mənəvi dirçəlişimizin yüksəklişinin ən əsas vəmüqəddəs prinsip kimi təqdim etməkdir: "Milli mənəvi dəyər hər bir xalqın irsində, milli mənəviyyatının nəqədər zəngin olmasından, həmin xalqın qədim tarixi kökə sahiblənməsindən xəbər verirox sevindirici haldır kilkəmizdə milli mənəvi dəyərlərimizin həqiqi təəssübkeşi Azərbaycan dövləti vəPrezident İlham Əliyevdir".

Tədbirdə iştirak edən Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünasSeyid Camal Əzimbəyli çıxış edərək söyləyib ki, milli mənəvi dəyərlərimizinmühafizə olunması dövlət təhlükəsizliyimizin də qorunması deməkdir: "Azərbaycandamövcud olan milli və dini

tolerantlığın yaşadılması xalqımızın birlik və bərabərliyinin zəmanətidir.Unutmamalıyıq ki, mənəvi dəyərlərimizə sahiblənən ölkə gənci yad təsirlərdəndaima kənar olan vətənsevər, mükəmməl ölkə vətəndaşıdır. Radikal və ziyanlıqüvvələrin ölkəmizdə birlik və bərabərliyimizin pozulmasına yönələnaddımlarının zərərləşdirilməsi naminə hər birimiz

Azərbaycan dövlətinin yanında olmalıyıq”.

Tədbirdə rayon ictimaiyyətinin nümayəndələri, dini icma rəhbərləri vəgənclər iştirak edib.