Tokioda Olimpiada vaxtı fövqəladə vəziyyət elan ediləcək
Tokyoda 12 iyul-22 avqust dövründə koronavirusa yoluxmada artımla əlaqədar fövqəladə vəziyyət rejimi tətbiq ediləcək.
RT-nin məlumatına görə, bu barədə Yaponiyanın İqtisadi Bərpa naziri Yasutosi Nisimura bildirib.
Bəyandan görünür ki, fövqəladə vəziyyət olimpiadaların keçirildiyi vaxtı əhatə edir.
“Tokioda xəstəliklərin sayında artım tendensiyası davam edir, buna əlavə olaraq “delta” ştammı da yayılır. Yeri gəlmişkən əhalinin aktivliyinin artdığı vaxt - yay mövsümü daxil olur”, - deyə o, qərarı izah edərkən bildirib.
Bundan əlavə, eyni dövr üçün hökumət, Okinava prefekturası üçün müvafiq tədbirləri uzadır.
Keçən həftə Tokioda COVID-19-a yoluxmada bir ay üçün maksimum artım qeydə alınıb.
Digər Xəbərlər
01 May 2024 15:38
Çempionlar Liqasında qaydalar: “Real Madrid” Arda Güleri başqa klublara transfer edə bilməyəcək?
30 Aprel 2024 19:22Azərbaycan millisi Rumıniya ilə üz-üzə
30 Aprel 2024 15:37"Qarabağ"ın Çempionlar Liqasındakı daha bir mümkün rəqibi bəlli oldu
30 Aprel 2024 15:32"Modriçin varisi olacağımı dedilər" - Arda Gülər
30 Aprel 2024 14:00