Tofiq Musayev zədələnib nokauta düşdü - VİDEO
Azərbaycanın MMA döyüşçüsü Tofiq Musayev “Bellator”da rusiyalı Aleksandr Şabliyə məğlub olub.
Adalet.az xəbər verir ki, yüngül çəkidə (70 kq) yarışan idmançı dünya Qran-prisinin 1/4 final mərhələsindəki döyüşdə qasıq nahiyəsindən aldığı zədə səbəbindən mübarizəni sona qədər davam etdirə bilməyib. Görüşün üçüncü raundunda xəsarət alan 34 yaşlı idmançı texniki nokautla uduzub.
Bu Musayevin MMA karyerasındakı 25-ci duelində 5-ci məğlubiyyəti olub. ABŞ-nin San-Xose şəhərində keçirilən “Bellator”un mükafat fondu 1 000 000 ABŞ dollarıdır.
Digər Xəbərlər
05 Aprel 2026 09:10
"Atletiko Madrid" meydanda "Barselona" ilə bacarmadı
04 Aprel 2026 15:09
Azərbaycanlı deputat Türkiyədə ağır zədə aldı - VİDEO
03 Aprel 2026 12:45
"Ən böyük arzum odur ki, Azərbaycan millisi dünya çempionatının finalına çıxsın" - AFFA prezidenti
03 Aprel 2026 12:15


Bakı -°C

