Tıxacı bitməyən “Korğlu” metrostansiyası

Bu gün səhər saatlarında “Koroğlu” metrostanisyasında yaranmış sıxlıq sərnişinlərin narazılığına səbəb olub.
Adalet.az xəbər verir ki, sərnişinlərin sözlərinə görə, metroda quraşdılımış yoxlanış aparatlarından əl çantalarının keçirilməsi sıxlığa səbəb olur. Yaranmış uzunmüddətli sıxlıq isə tələbələrin dərsə, insanların işə xeyli gecikməsinə səbəb olub.
Sərnişinlərin sözlərinə görə, “Koroğlu” metrostansiyasında hər gün səhər saatlarında eyni hal yaşanır.
Əntiqə