Tikintidə işləyənlərə nə qədər əmək haqqı verilir?..
2017-ci ilin yanvar-mart aylarında tikinti sahəsində çalışan muzdlu işçilərin orta siyahı sayı 87,9 min nəfər təşkil edib. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, onların 40,4 min nəfəri binaların tikintisində, 24,1 min nəfəri mülki təyinatlı inşaat işlərində, 23,4 min nəfəri isə ixtisaslaşdırılmış tikinti işlərində çalışıb. İşçilərin 30,2 faizi dövlət, 69,8 faizi isə qeyri-dövlət tikinti müəssisələrində məşğul olublar.
Tikinti sahəsində işləyənlərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2 faiz artaraq 835,4 manata çatıb. Qeyri-dövlət sektorunda işçilərin orta aylıq nominal əmək haqqı 970,8 manat, dövlət sektorunda isə 526,7 manat olub. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə orta aylıq nominal əmək haqqı binaların tikintisində işləyənlər üzrə 15,7 faiz, mülki təyinatlı inşaat işlərində çalışanlar üzrə 5,9 faiz artıb, ixtisaslaşdırılmış tikinti işlərində çalışanlar üzrə isə 14,4 faiz azalıb.
Tikinti müəssisələrinin 60,1 faizində işçilərin orta aylıq nominal əmək haqqı 300 manatdan aşağı, 29,6 faizində 301-600 manat, 3,5 faizində 601-900 manat, 6,8 faizində isə 900 manatdan yüksək olub.
Digər Xəbərlər
03 May 2024 23:14
Sərhədimizdəki bu kənd minalardan təmizləndi, yol açıldı
03 May 2024 21:57STM ilə “Divan Araştırma ve Eğitim Derneği” arasında memorandum imzalandı
03 May 2024 17:31İlham Əliyevdən ortamüddətli xərclərlə bağlı FƏRMAN
03 May 2024 15:51Azərbaycanın hücum təyyarələri beynəlxalq təlimdə iştirak edəcək
03 May 2024 14:52