Tikilməkdə olan metro stansiyaları ilə bağlı yeni xəbər

Şərti adları "Avtovağzal” və "Memar Əcəmi-2” olan stansiyaların istifadəyə verilməsi ilə Bakı Metropoliteninin yeni "Bənövşəyi xətt”ində ilk qatarlar hərəkətə başlayacaq. Adalet.az-ın AzərTAc-a istinadən məlumatına görə, Almaniya və ABŞ istehsalı olan tunelqazma qurğuları artıq "Bənövşəyi xətt”in 4-cü stansiyası istiqamətində qazıntı işləri aparır.
"Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, hazırda "Xocəsən” elektrik deposu ilə "Avtovağzal” stansiyası arasındakı tunellərdə tikinti-quraşdırma işləri davam edir. "Avtovağzal”–"Memar Əcəmi-2” stansiyaları arasındakı tunellərdə isə işlər yekunlaşıb və stansiyalarda avadanlıqların quraşdırılması başa çatmaq üzrədir.
Paytaxtın Ceyhun Səlimov küçəsində (Hərbi hospitalın yanı) inşa olunan stansiyanın tikinti sahəsinə düşən işıq, qaz, su-kanalizasiya xətlərinin yeri dəyişdirilib. Artıq "qruntda divar” işləri başa çatdırılıb və start kamerasının tikinti-quraşdırma işləri yerinə yetirilir.
Həmçinin Cəlil Məmmədquluzadə küçəsində (Heydər Əliyev adına İdman-Konsert Kompleksinin yanı) yerləşəcək digər stansiyasının tikintisi ilə bağlı bütün hazırlıq işləri başa çatdırılıb. Nəqliyyatın hərəkətinə mane olmamaq üçün ərazidə yeni alternativ yol çəkilib. "Bənövşəyi xətt”in daha bir stansiyası isə Füzuli küçəsində, Heydər Əliyev Sarayının arxasında salınan parkın yaxınlığında inşa olunacaq.
"Bənövşəyi xətt”ə daxil olan stansiyaların fəaliyyətə başlaması respublikamızın şimal və cənub bölgələrindən, eləcə də Sumqayıt və Xırdalan şəhərlərindən paytaxta gələn sərnişinlərin rahatlığını təmin etməklə yanaşı, minlərlə avtomobilin şəhərin mərkəzinə daxil olmasının qarşısını alacaq. Eyni zamanda, metropolitenin bu xətti Xırdalan şəhərinin, Sulutəpə, Hökməli, Biləcəri və digər yaşayış məntəqələrinin nəqliyyat problemlərini də əsasən həll edəcək.
Digər Xəbərlər

Bu ərazilərdə 3 gün su olmayacaq

Yenidən qurulan Ağdama Böyük Qayıdış təntənəsi

May ayının ilk gününə olan hava proqnozu

Zərdabda bu yolun yenidən qurulmasına başlanılıb - VİDEO

Bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti davam edib - FAKTİKİ HAVA

Sarıcalıya növbəti köç karvanı yola salındı

Leyla Əliyeva və Arzu Əliyeva Türk Mədəniyyəti və İrsi Fondunu ziyarət ediblər - FOTOLAR
