Teymur Musayev Şamil Ayrımla səhiyyə sahəsində əməkdaşlığı müzakirə edib
Azərbaycan və Türkiyə arasında səhiyyə sahəsində əməkdaşlığın genişləndirilməsi, tibbi kadrların hazırlanması və müasir texnologiyaların tətbiqi müzakirə olunub.
Adalet.az xəbər verir ki, səhiyyə naziri Teymur Musayev Türkiyə Böyük Millət Məclisinin (TBMM) Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, İstanbul millət vəkili Şamil Ayrımın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə, o cümlədən səhiyyə istiqamətində uğurla inkişaf etdiyi vurğulanıb.
Teymur Musayev iki ölkə arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin səhiyyə sahəsində əməkdaşlığın genişləndirilməsi üçün mühüm imkanlar yaratdığını bildirib. Nazir səhiyyə qurumları arasında təcrübə mübadiləsinin, peşəkar əlaqələrin və birgə təşəbbüslərin hər iki ölkənin səhiyyə sisteminin inkişafına töhfə verdiyini qeyd edib.
O, Türkiyənin səhiyyə sahəsində qabaqcıl təcrübəsinin Azərbaycan üçün əhəmiyyətini vurğulayaraq, tibbi kadrların hazırlanması, müasir tibbi texnologiyaların tətbiqi və səhiyyənin rəqəmsallaşdırılması istiqamətlərində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu diqqətə çatdırıb.
Şamil Ayrım isə səmimi qəbula görə təşəkkürünü bildirib və Azərbaycan-Türkiyə əlaqələrinin səhiyyə sahəsində də daha da inkişaf etdirilməsinin vacibliyini qeyd edib.
Görüşdə, həmçinin tibbi təhsil, peşəkar inkişaf, qarşılıqlı təcrübə mübadiləsi və səhiyyə sahəsində birgə təşəbbüslərin həyata keçirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Tərəflər Azərbaycan-Türkiyə münasibətlərinin möhkəm təməllər üzərində inkişaf etdiyini vurğulayaraq, səhiyyə sahəsində əməkdaşlığın gələcəkdə də uğurla davam etdiriləcəyinə əminliklərini ifadə ediblər.
Digər Xəbərlər
09 Oktyabr 2026 16:54
Türkmənistanda Prezidentlə uşaqların səmimi görüntüsü - VİDEO
09 Oktyabr 2026 12:47
Onlar da çağırışçıların və hərbi vəzifəlilərin uçotunu aparacaq
09 Oktyabr 2026 12:07
Yeni "Ailə Konsepsiyası" hazırlanır
09 Oktyabr 2026 12:05
FHN yanında İctimai şuranın üzvləri görüş keçiriblər
09 Oktyabr 2026 10:58
Sahibkarlar “Etender.gov.az” portalında sənədləri “SİMA İmza” imzalayacaq
09 Oktyabr 2026 00:01
Hadrutun işğaldan azad olunmasından 6 İL ÖTÜR
08 Oktyabr 2026 18:17
Sabah leysan yağacaq - Hava ilə bağlı XƏBƏRDARLIQ
08 Oktyabr 2026 17:16


Bakı -°C

