Teymur Məmmədov Avropa Oyunlarının finalında - YENİLƏNİB
Teymur Məmmədov dördüncü görüşünü də qələbə ilə başa vuraraq Avropa Oyunlarının finalına vəsiqə qazanıb. O, hər 3 raundda rəqibindən üstün olub.
***
Tayfur Əliyev Rusiya boksçusu ilə bacarmayıb. 1-2 hesabı ilə uduzan gənc boksçumuz bürünc medalla kifayətlənməli olub.
***
Hər 3 raundda rəqibindən üstün olan Musalov adını yarımfinala yazdıran on birinci boksçumuz olub.
***
Alekseyevna rəqibi hər üç raundda üstələyərək, yarımfinala adlayıb. O, bununla da Avropa Oyunlarında medalı təmin edən onuncu boksçumuz olub.
***
Avropa Oyunlarında boks yarışları da sona yaxınlaşır.
Adalet.az-ın məlumatına görə, bu gün 5-i kişi, 3-ü qadınlar arasında olmaqla daha 8 çəki dərəcəsində görüşlər baş tutacaq. Onlardan 3-də 1/4 final, 5-də yarımfinal qarşılaşmaları keçiriləcək.
Azərbaycan yığmasının 4 boksçusu da bu gün rinqə çıxacaq. Tayfur Əliyev (56 kq) və Teymur Məmmədov (81) yarımfinal, Xaybula Musalovla (75) Yana Alekseyevna (60) isə 1/4 final görüşünü keçirəcək.
Bürünc medalı özü üçün təmin edən gənc Tayfur Əliyev həlledici görüş uğrunda rusiyalı boksçu Bəxtovar Nazirovla qarşılaşacaq.
Xaybula Musalovun 1/4 finaldakı rəqibi Vitali Bandarenka olacaq.
Teymur Məmmədov yarışda 4-cü görüşünə çıxacaq. O, yarımfinalda rusiyalı Pavel Silyagini mübarizədən kənarlaşdırmağa çalışacaq.
Yana Alekseyevnanın 1/4 finaldakı rəqibi rusiyalı idmançı olacaq. Yana yarımfinal yolunda Zinayda Dobrinina ilə qarşılaşacaq.
Qeyd edək ki, Azərbaycan millisinin ümumilikdə 9 boksçusu yarımfinala vəsiqə qazanıb.
Sahib ƏSƏDBƏYLİ
Digər Xəbərlər
03 May 2024 23:14
Sərhədimizdəki bu kənd minalardan təmizləndi, yol açıldı
03 May 2024 21:57STM ilə “Divan Araştırma ve Eğitim Derneği” arasında memorandum imzalandı
03 May 2024 17:31İlham Əliyevdən ortamüddətli xərclərlə bağlı FƏRMAN
03 May 2024 15:51Azərbaycanın hücum təyyarələri beynəlxalq təlimdə iştirak edəcək
03 May 2024 14:52