Təxribatçılığın sonu: "RİA Novosti", “Sputnik Azərbaycan” indi də...
Bəzi Rusiya sayt və TV kanalları Azərbaycana qarşı yalan və təxribat xarakterli məlumatlar yaydığı hamımıza məlumdur. Məhz bu səbəbdən 2022-ci ildə "RİA Novosti", 2025-ci ildə isə “Sputnik-Azərbaycan” nəşri bloklandı.
Adalet.az xəbər verir ki, Azərbaycanda növbəti dəfə Rusiyaya məxsus nəşr bağlandı. Azərbaycana qarşı mənfi təbliğatı ilə seçilən “Tsargrad” telekanalının saytı bloklanıb.
Məlumata görə, bu addım Minval.az saytının baş redaktoru Emil Mustafayevin ölkənin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə müraciətindən sonra atılıb.
Qeyd edək ki, Rusiyanın da Azərbaycana qarşı belə addımları olub. Caliber.Az heç bir zaman yalan, dəqiqləşdirilməmiş, həqiqətə uyğun olmayan məlumatlar yaymayıb. Bu baxımdan Roskomnadzorun (Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Federal Xidməti) belə addım atması olduqca qərəzli və qanunsuzdur. 2022-ci ildən Baku.ws saytının da Rusiyadan girişinə blok qoyulub.
Əntiqə Rəşid
Digər Xəbərlər
25 Mart 2026 13:13
Prezident “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında - FOTOLAR
25 Mart 2026 11:41
Sumqayıtda xeyir-şər evlərinin fəaliyyəti dayandırılıb? - RƏSMİ AÇIQLAMA
25 Mart 2026 11:33
Bəzi ərazilərə yağış yağır - FAKTİKİ HAVA
24 Mart 2026 17:13


Bakı -°C

