adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
03 Iyun 2020 15:17
8086
GÜNDƏM

“Tərtər” elektrik yarımstansiyası yenidənqurmadan sonra istismara verilib

İyunun 3-də 110/35/6 kilovoltluq "Tərtər” elektrik yarımstansiyası yenidənqurmadan sonra istifadəyə verilib.

Azərbaycan Prezidentinin Mətbuat Xidmətindən verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

"Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Vüqar Əhmədov dövlətimizin başçısına elektrik yarımstansiyasının fəaliyyəti barədə məlumat verdi.

Prezident İlham Əliyev yarımstansiyanı işə saldı.