adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
10 Yanvar 2020 15:40
91562
HÜQUQ

Tərəflər razılığa gəldi?

Bu gün YasamalRayon Məhkəməsində iddiaçı-jurnalist ƏntiqəRəşirdin (Aslanova) iddia ərizəsinə uyğun olaraq məhkəmə iclası keçirilmişdir.Məhkəmədə tərəflərin çıxışlarından sonra işə baxan hakim Emin Mehdiyevin tövsiyəsiilə tərəflər arasında razılaşmaanlaşması imzalanmağa qərar verildi.

Adalet. az xəbərverir ki, hər iki tərəfin razılığı ilə ərizə yazılmış, iddiaçı Əntiqə Rəşidin 2aylıq əmək haqqının (240+240) ödənməsi və iddia ərizəsinə xitam verilməməsi tərəflərarasında razılaşdırıldı. Əmək haqqının ödənməsi mart ayından başlayaraq mayayının sonuna qədər verilməsi nəzərdə tululdu.

Qeyd edək ki, 12 noyabr 2019-cu ildə Əntiqə Rəşid(Aslanova) "Qarabağ” qəzetində 15 il işləməsinə baxmayaraq, konkret bir səbəbgöstərilmədən işindən çıxarılmışdır. Bununla bağlı iddiaçı sosial şəbəkələrdəmüraciət ünvanlamış, qəzet rəhbərliyi onu işinə geri qaytarmadığı üçün məhkəməyəmüraciət etmişdi.