adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
01 May 2017 13:15
18852
KRİMİNAL

Təqib edilən sərxoş sürücü qızı vurub öldürdü

Rusiyanın Barnaul şəhərində ağır yol qəzası baş verib.

Adalet.az-ın salamnews-a istinadən verdiyi xəbərə görə, təqib edilən "BMW X5”avtomobilinin sürücüsü sərxoş vəziyyətdə Dmitrova küçəsi ilə hərəkət edib.

Sürücü işıqforun qadağanedici işığında yol kəsişməsinə daxil olduğu zaman ölümlə nəticələnən qəza törədib. "BMW”"Lada Largus” markalı avtomobillətoqquşduqdan sonra işıqforun yaşıl işığında piyada keçidi ilə hərəkət edən qızı vurub. Qız xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

"Lada Largus”un sürücüsü də hadisədən sonra xəstəxanaya yerləşdirilib. "BMW X5” avtomobilinin 1993-cü il təvəllüdlü sərxoş sürücü tərəfindən idarə edildiyi məlum olub.

Faktla bağlı araşdırma aparılır.