adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
27 Iyun 2019 12:55
25618
SİYASƏT

Təqaüdçü deputatların pensiyası artacaq

Milli Məclisin deputatı Fəzail Ağamalı parlamentin bu gün keçirilən iclasında pensiyada olan deputatların pensiyasının artırılmasını təklif edib.

Fəzail Ağamalı sabiq deputatların ona müraciət ünvanladıqlarını bildirib:

"Sabiq deputatlar mənə müraciət ediblər ki, Milli Məclisdə pensiya məsələsinə baxılsın. Onlar pensiyanın məbləğindən narazılıq edirlər”, -deyə o vurğulayıb.

Deputat dövlət qurumlarına müraciət ünvanlayaraq, bu məsələyə baxılmasını xahiş edib.


Parlamentin Əmək və Sosial Siyasət Komitəsinin sədri Hadi Rəcəbli isə deyib ki, bu məsələ gündəmdədir, pensiyanın artırılması nəzərdə tutulur.