adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
30 Yanvar 2019 15:06
6375
MƏMLƏKƏT

“Təməl Kitab” uşaqların sığınacaq mərkəzində oldu

"TəməlKitab” təhsil nəşrləri ofisinin əməkdaşları Azərbaycan Uşaqlar Birliyi-UşaqSığınacağı Reinteqrasiya Mərkəzində olub, orada yerləşdirilmiş uşaqlarla maraqlıgün keçiriblər.

"TəməlKitab”ın baş redaktoru İlham Rəfiyev uşaqlarla maarifləndirici söhbət edib. İ.Rəfiyevonları oxumağa, öyrənməyə, gələcəyin həkimi, müəllimi, mühəndisi, jurnalistiolmağa həvəsləndirib. Bildirib ki, gələcəkdə kimin hansı sənətə yiyələnəcəyindənasılı olmayaraq, elmə, kamilliyə aparan yol yaxşı təhsildən keçir.

"Təməl-Kitab”ınəməkdaşları - Səbinə Haqverdiyeva və Şəbnəm Məhhərəmova uşaqlar arasında əyləncəlioyunlar keçiriblər. Görüşün sonunda nəşriyyatın məhsulu olan "Dəyərlər aləmi”seriyasından onlar üçün oxunan nağılı maraqla dinləyiblər. Uşaqlara "TəməlKitab”ın hazırladığı hədiyyə paketləri də paylanıb.