Telman İsmayılov və qardaşlarına qətl ittihamı - TƏFƏRRÜAT

Rusiya İstintaq Komitəsi Azərbaycan əsilli rusiyalı iş adamı Telman İsmayılova qarşı "adam öldürmə” ittihamı ilə rəsmi ittiham irəli sürüb və onun dərhal həbs olunması barədə qərar verib.
Adalet.az Rusiya KİV-nə istinadən xəbər verir ki, cinayət işinin materiallarına əsasən, İsmayılov ötən il biznesmenlər Vladimir Savkin və Yuri Brılyovun qətlini sifariş edib. Bu işdə ona qardaşları Rafiq və Vaqif İsmayılovlar yardımçı olub, killer rolunu isə Mehman Kərimov icra edib.
Cinayət sənədləri Telman İsmayılovun beynəlxalq axtarışa verilməsi üçün Baş Prokurorluğa göndərilib. Onun qardaşlarından Rafiq İsmayılov həbs olunub. Digər qardaşı Vaqif İsmaylıov barədə də analoji analoji axtarış qərarı verilib.
Digər Xəbərlər

Bakıda ekstazi həblərini toz formasında satmaqda şübhəli bilinən şəxslər saxlanılıb

Dələduzluqla axtarışda olan 6 nəfər tutulub

Kartlardan 20 min manatdan çox pul oğurlandı
