adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
17 Sentyabr 2014 09:33
3544
MƏMLƏKƏT

Tələbələr uşaq evini ziyarət edib

Azərbaycan Dövlətİqtisad Universitetinin 500-dən çox bal toplayan tələbələri Bakı şəhərinin Xəzərrayonunun Şüvəlan qəsəbəsində yerləşən və Təhsil Nazirliyinin tabeliyində olan 1 nömrəli "Ailə tipli kiçik qrup eviniziyarət ediblər. Tələbələrə Azərbaycanınbirinci xanımı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisindeputatı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyətindəuşaq problemlərinin həllinin prioritet istiqamət kimi önə çəkilməsi, eynizamanda Azərbaycanda uşaqların müdafiəsi sahəsində himayədar (foster)alternativ qayğı sisteminin yaradılmasının əhəmiyyəti və valideyn himayəsindənməhrum olmuş on azyaşlı qızın yaşadığı qrup evi haqda ətraflı məlumat verilib. Qeydedilib ki, respublikada ilk dəfə tətbiq edilən ailə tipli kiçik qrup evi "AzərbaycanRespublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi(De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı”nın icrası əsasındayaradılıb. Layihə Təhsil Naziriliyi ilə "Hilsverk Avstriya” Beynəlxalq təşkilatıtərəfindən  icra olunur. Daha sonra "Ailətipli kiçik qrup evi”nin sakinləri tələbələrə öz əl işlərini nümayiş etdiriblər.I kurs tələbələri azyaşlılara dərslərini hazırlamaqda kömək ediblər.

Təhsil Nazirliyinin dəstəyi və ADİU Həmkarlar təşkilatınınsədri Pərviz Zeynalovun rəhbərliyi ilə təşkil edilən görüşün sonuda ADİUadından "Ailə tipli kiçik qrup evi”nə hədiyyələr təqdim edilib.