“Təkliflər var, hələ işlər görməmişik” - Bankların vəziyyəti ilə bağlı açıqlama
"Prezident İlham Əliyevin çıxışlarını hərtərəfli və dərindən təhlil etsək, görərik ki, ölkə başçısının son dövlər diqqət yetirdiyi əsas məsələ kölgə iqtisadiyyatının şəffaflaşmasıdır".
Bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib. Onun sözlərinə görə, qeyri-şəffaf biznes sahiblərinin banklardan kredit götürməsi halı azalıb:
"20-30 min manat rəsmi gəliri olan şəxs istehlak kreditləri götürə bilər. Burada diskriminasiya mümkün deyil. İstehlak kreditlərinin bir hissəsi təminatsız kreditlərdir və girov təminatı yoxdur".
E. Rüstəmov bildirib ki, biznes nümayəndələrinin banka kreditlə bağlı təqdim etmək üçün heç bir sənədləri, normal balansları, aktivləri yoxdur: "Bu, biznesin bank, maliyyə sektoruna inteqrasiyasını çətinləşdirən amillərdən biridir. Prezidentin qarşımıza qoyduğu əsas məsələ iqtisadi mühitin formalaşması, sağlamlaşması istiqamətindədir. O cümlədən, biznes və bank arasında Mərkəzi Bank tərəfindən aktiv dialoqların qurulması mühüm məsələdir. Burada biznes, bankların maraq və konteksləri müzakirə edilməlidir. Dövlətin maraqları burada aydındır. İslahatlar vasitəsilə bankların biznes modelini dəyişməliyik. Bu istiqamətdə görülməli işlər var".
Bundan əlavə, AMB sədri qeyd edib ki, uzun illər banklar tərəfindən qaldırılan məsələ girovların reallaşdırılması prosesinin sadələşdirilməsi, vaxtın azaldılmasıdır: "Təkliflər var, təəssüf ki, biz hələ bu üzrə işlər görməmişik. Girovların realizasiyası uzun müddət çəkir. Banklar kreditləri əmanətlərin hesabına verir. Bank maraqlıdır ki, tez bir zamanda girovları götürsün və verdiyi vəsaitin bir hissəsini bərpa etsin".(azvision.az)
Digər Xəbərlər
03 May 2024 23:14
Sərhədimizdəki bu kənd minalardan təmizləndi, yol açıldı
03 May 2024 21:57STM ilə “Divan Araştırma ve Eğitim Derneği” arasında memorandum imzalandı
03 May 2024 17:31İlham Əliyevdən ortamüddətli xərclərlə bağlı FƏRMAN
03 May 2024 15:51Azərbaycanın hücum təyyarələri beynəlxalq təlimdə iştirak edəcək
03 May 2024 14:52