Təhsil naziri “Son zəng”lə bağlı əmr imzaladı
Təhsil naziri Ceyhun Bayramov "Son zəng” tədbiri haqqında əmr imzalayıb.
Adalet.az-ın məlumatına görə, müvafiq əmrə əsasən, "Son zəng” tədbiri iyunun 14-də hər bir təhsil müəssisəsinin ərazisində təşkil olunacaq.
Əmrdə məktəb rəhbərlərinə "Son zəng” tədbirində valideyn komitələri, valideyn-müəllim assosiasiyaları və ictimaiyyət nümayəndələrinin, məktəbin sabiq məzunlarının iştirakı tövsiyə edilib. Yerli təhsili idarəetmə qurumları tərəfindən "Son zəng”in məzmunlu keçirilməsi və şagirdlərin təhlükəsizliyinin təmin edilməsi istiqamətində zəruri tədbirlərin görülməsi də əmrdə əks olunub.
Əmrin icrasına nəzarət Aparat rəhbəri vəzifəsini icra edən, müşavir Muxtar Məmmədova həvalə olunub.
Digər Xəbərlər
27 Aprel 2024 17:44
Azərbaycanda müəllim vəfat edib - FOTO
26 Aprel 2024 11:23Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər
26 Aprel 2024 11:12Bakı Ali Neft Məktəbində MBA ixtisasları üzrə qəbul sayı artırılıb
26 Aprel 2024 09:55Musiqi və incəsənət məktəblərinə şagird qəbulunda - YENİLİK
26 Aprel 2024 09:35