Tədris mərkəzinin rəhbəri məhkəmə qarşısında - Xaricdə təhsil fırıldağı
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və qanunsuz sahibkarlıqla məşğul olmaqda təqsirləndirilən "Azərbaycanda Amerika Məktəbi” Tədris Mərkəzinin rəhbəri Elvin Məmmədzadənin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
BakuPost-un xəbərinə görə, prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı aprelin 2-nə təyin edilib.
Qeyd edək ki, "Azərbaycanda Amerika Məktəbi” ("American School in Azerbaijan -ASIA”) Tədris Mərkəzinin rəhbəri Elvin Məmmədzadə dələduzluq ittihamı ilə Baş Prokurorluq yanında Baş Korrupsiya İdarəsi tərəfindən saxlanılıb.
Məlumata görə, ABŞ səfirliyinin yaxınlığında, Azadlıq prospektində yerləşən "Azərbaycanda Amerika Məktəbi” Tədris Mərkəzinin rəhbəri E.Məmmədzadə son 2 il ərzində ABŞ-da xarici dil kurslarına göndərmək vədi ilə onlarla insanı aldatmaqda ittiham olunur.
İttihama görə, E.Məmmədzadə ABŞ-dakı xarici dil kurslarında oxumaq istəyən şəxslərin hər birindən viza və təhsil haqqı üçün 4 min dollar alıb. Lakin vədini yerinə yetirməyən E. Məmmədzadə müxtəlif bəhanələrlə həmin insanları sakitləşdirib.
Keçən ilin noyabr ayından isə tədris mərkəzinin və E. Məmmədzadənin mobil telefonuna edilən zənglərə cavab verilməyib. Bundan sonra aldadılan şəxslərin bir qrupu Baş Prokurorluq yanında Baş Korrupsiya İdarəsinə müraciət ediblər.
Cinayət işində 77 nəfər zərərçəkmiş var.
Digər Xəbərlər
27 Aprel 2024 12:57
Deputata sui-qəsd cəhdi ilə bağlı məhkəmə: “Dövlət orqanlarına da girib hər kəsi güllələmək istəyirdim”
26 Aprel 2024 15:43Kamran Əliyev Ağdaşda vətəndaşları qəbul edib
26 Aprel 2024 15:33Prorektoru öldürməkdə təqsirləndirilən şəxs məhkəməni daha iki həftə uzatdırdı
26 Aprel 2024 13:19Vəkil: Azərbaycanın iddiası Ermənistanın 30 illik etnik təmizləmə kampaniyasına əsaslanır
25 Aprel 2024 12:32