adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
23 May 2019 17:35
61086
MƏDƏNİYYƏT

TEATR RƏSSAMI:”BİZƏ GÖSTƏRİLƏN QAYĞINI ƏMƏLİ İŞİMİZLƏ DOĞRULDACAĞIQ”

Məzaim Qurbanovu çoxdan tanıyıram, lapçoxdan. Təqribən 40 il bundan öncə o - şəhərli balası, mən isə kənd uşağı "Leninçi”, indiki "Lənkəran” qəzeti redaksiyasının nəzdində fəaliyyət göstərənədəbi birliyin məşğələlərində iştirak edərdik. Məzaim əsasən hekayə yazardı vəqələmə alığı bədii nümunələr vaxtaşırı qəzet səhufələrində işıq üzü görərdi.Ümumilikdə götürəndə Məzaim o dövrkü nəsrin ümidverici nümayəndələrindən birikimi tanınırdı.

Sonradan uzun müddət Bakıda yaşaşamalıolduğumdan Məzaimdən heç bir xəbərim olmadı. Yalnız 1986-cı ildə yenidən doğmaLənkərana qayıdandan sonra bildim ki, mənim köhnə dostum Məzaim Qurbanov Nəcəfbəy Vəzirov adına Dövlət Dram Teatrında quruluşçu rəssam vəzifəsində çalışır.

O,1973-cü ildən - teatr fəaliyyətə başlayan dövrdən bu sənət ocağındadır. "Bəs nəüçin ədəbi yaradıcılıqdan ayrıldın? Axı, istedadlı yazıçı kimi təsdiqinitapmışdın?”- sualına Məzaim çiyinlərini çəkərək:”Vallah, nə bilim, görünürtaleyin qisməti beləymiş,”- deyə cavab verdi və bir anlığa fikrə dalaraq sözünədavam etdi:” Əslində rəssamlıq sənətinə lap uşaq yaşlarından həvəsim olub.Yazdığım hekayələrə də ideyasına müvafiq illüstrasiyalar çəkmişəm. 1967-1971-ciillərdə Bakı şəhərində Rəssamlıq Məktəbində təhsil aldığım dövrlərdə səhnə sənətinəmarağım məni teatr rəssamı olmağa sövq etdi. 1973-cü ildə Lənkəranda teatryaradılanda məni də buraya dəvət etdilər və həmin müddətdən ta bu günə kimi düz46 ildir ki, bu sənət ocağında işləyirəm. 1984-1985-ci illərdə isə MoskvadaÜmumittifaq İxtisasartırma kurslarında bir daha «Quruluşçu rəssam» ixtisasınayiyələnmiş, keçmiş SSRİ-nin paytaxtında fəaliyyət göstərən teatrların ən görkəmlirəssamlarının sənətindən çox şey əxz etmişəm”.

-Teatr da dünya kimi insan xarakterləri vəəməyin müxtəlif formaları ilə zəngindir, - deyə həmsöhbətim sözünə davam edərəkdeyir. - Teatra bağlı olan hər hansı peşə və ya sənət əslində yaradıcı işsayılır. Məsələn, teatrın direktoru, inzibatçısı, səhnə quraşdırıcıları,rejissorlar, dərzi, butaforçu, işıqçı və kollektivin bütün başqa üzvləri cəmhalında yalnız bir məqsədə - tamaşanın bütövlüyünə nail olmaqla tamaşaçılarınestetik zövqünü oxşamağa xidmət edirlər.

M.Qurbanovla söhbətdən məlum oldu ki, o,quruluşçu rəssam kimi teatrda50-dən çox tamaşanın səhnə tərtibatını verib.Bunların sırasında Məmmədhüseyn Əliyevin "Ana fəryadı”, Səməd Vurğunun "Fərhadvə Şirin”, Camal Yusifzadənin "Səhər qatarı”, Fikrət Qocanın "Məhkumlar”, Şəkər Aslanin "İki tərəfli hərəkət”, Sofoklun"Şah Edip”, Hidayətin "Məni qınamayın” , Maarif Məmmədovun "Sovqat”, ƏliƏmirlinin "Köhnə ev”, Süleyman və Həmdiyə Lətipovların "Şah və əks-səda”,Əlibala Əsgərovun "əlibaba və qırx quldur”, Lev Korsunskinin "Kələkbaz”, HafizMirzənin "Moskvaı gəlin”, Mar Bayciyevin"Şənbə axşamı” və s. tamaşalar dahayaddaqalan olub.

"Çox şadam ki, dövlətimizbiz sənət adamlarından diqqətini, qayğısını əsirgəmir, - deyə Məzaim müəllimrazılığını ifadə edərək deyir.- Cari il aprelin 17-də"Azərbaycan teatrlarının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında ”Prezident sərəncamı kollektivimizin hədsiz sevincinə səbəb oldu. Bu sərəncamlaölkənin 12 teatrına verilmək məqsədilə Mədəniyyət Nazirliyinə 1,8 milyon manatvəsait ayırıb. Həmin teatrlar arasında respublikanın digər sənət ocaqları iləyanaşı bizim Lənkəran Dövlət Dram Teatrı da vardır. Bir neçə gün sonra isə ölkəbaşçısının digər Sərəncamı ilə aylıq əmək haqlarımız 50 faiz artdı.

Əslində hələ indiyə qədər ölkə ­teatrlarına bu həcmdə yardımgöstərilməmişdir. Söz yox ki, bu, cənab Prezidentin teatrlarımızın inkişafına xüsusidiqqətinin bariz nəticəsidır.
Fürsətdən istifadə edib bizəgöstərilən bu qayğını yüksək qiymətləndirir, cənab Prezidentə öz adımdan, işyoldaşlarım adından dərin minnətdarlığımı bildirirəm.

Var-qüvvəmizlə çalışacağıq ki, dövlət tərəfindən bizəgöstərilən qayğını əməli işimizlə doğruldaq”.

Ağaddin BABAYEV,

Azərbaycan Yazıçılar Birliyinin üzvü.

Lənkəran.

Şəkillərdə: Məzaim Qurbanov; rəssamın quruluş verdiyi tamaşalardaneskizlər.