adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
28 Iyul 2020 15:16
49378
ŞOU-BİZNES

Tatlısəsin nigahdan kənar qızı Dilan paylaşım etdi: “Çox şükür keçdi..”

Bildirdiyimiz kimi türkiyəli müğənni İbrahim Tatlısəsin nigahdan kənar qızı Dilan Çıtak Tatlısəs koronavirusayoluxmuşdu. Dilan bu barədə sosial şəbəkədə paylaşım etmişdi:"Oynaqağrıları, dad və iybilmə hissiyatımın itirilməsi şikayətlərindən sonra verdiyimCovid-19 testi pozitiv çıxdı”.

Həminvaxt Dilanın sevgilisi Levent Dörter də koronavirusa yoluxmuş, 10 günlük müalicədənsonra xəstəxanadan evə buraxılmışdı.

Adalet.azxəbər verir ki, 31 yaşlı Dilan pandemiyadansağaldığı haqqında məlumatı öz sosial şəbəkə hesabında paylaşıb: "Mən və Levent koronavirüs olduq.Bir anda nə olduğunu çox da anlaya bilmədik. Ayrı- ayrı olduq, o xəstəxanadaydi,mən evdəydim. Ağrı, sızıltı və narahatçılıq! Amma çox şükür keçdi" -yazdı.

Qeyd edək ki, Dilan daİbrahimTatlısesinsoyadını məhkəmə vasitəsi ilə alandan sonra məşhur müğənininövladlarının sayı 7-yə çatmışdı.

Əntiqə Rəşid