adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
23 Iyun 2017 13:18
23691
ŞOU-BİZNES

Tarkan Bakıdadır

Türkiyəli müğənni Tarkan artıq Bakıdadır.

Adalet.az-ın məlumatına görə, sənətçinin hava limanından fotosu yayılıb. Şəkli hava limanında çalışan polis xanımlardan biri paylaşıb.

Sənətçinin meneceri Murat Aziret də İnstaqramda fotolar paylaşıb. O, Tarkanın komandası ilə birgə Heydər Əliyev adına Hava Limanının qarşısında şəkil çəkdirib və Bakıda olduqlarını yazıb.

Qeyd edək ki, Tarkan bu gün "Formula 1” oyunlarının açılış mərasimində səhnəyə çıxacaq. Türkiyə mediası sənətçinin bu konsert üçün 500 min dollar aldığını yazmışdı.